hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Türkiyə və Rusiya birgə işçi qrupu yaradacaq

Türkiyə və Rusiya birgə işçi qrupu yaradacaq

Suriyanın İdlib şəhəri ətrafındakı vəziyyətlə əlaqədar Türkiyə ilə Rusiya arasında birgə işçi qrupu yaradılacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə razılaşmanın iki ölkə prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasındakı danışıqlar zamanı əldə edildiyini bildirib.

"Rejimin hücumları dayandırması lazımdır. Rejimin zəmanətçiləri İran və Rusiyadır. İran və Rusiyanın bu məsələdə öhdəlikləri var. Bizim oradakı nəzarət nöqtələrimizə hücum olmayıb. Bu məsələdə sıxıntımız yoxdur, amma narahatıq. Hər an hər şey baş verə bilər bu hücumlar əsnasında. Bunun dayandırılması üçün səylər göstəririk”, - deyən türkiyəli nazir Suriyadakı daxili münaqişəyə son qoymaq üçün mühüm addımların atıldığı bir vaxtda İdlibə hücumlar üzündən hər şeyin bərbad ola biləcəyini vurğulayıb/Report.

Cebhe.info


Oxunma sayı: 518