hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Türkiyə XİN: “S-400”lərlə bağlı hər hansı problem yoxdur

Türkiyə XİN: “S-400”lərlə bağlı hər hansı problem yoxdur

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan "S-400” raket sistemlərinin tədarükü ilə bağlı hər hansı problemin olmadığını, prosesin bundan sonra da rəvan şəkildə davam edəcəyini bildirib.

"Report” "YeniŞafak”a istinadən xəbər verir ki, Ankarada jurnalistlərlə görüşü zamanı nazir "S-400”lərlə bağlı saziş çərçivəsindəki işlərin davam etdiyini deyib: "Biz bu işləri əlaqəli şəkildə həyata keçiririk. Milli Müdafiə Nazirliyi də lazımı açıqlamaları verib. Heç bir sıxıntı yoxdur”.

Xatırladaq ki, Rusiyadan idxal olunan "S-400” uzun mənzilıli hava və raket müdafiə sistemlərinin ilk hissələri iyulun 12-də Ankara yaxınlığındakı Mürtəd bazasına gətirilib.

Cebhe.info


Oxunma sayı: 353