t Türkiyədə ağır qəza: 29 yaralı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Türkiyədə ağır qəza: 29 yaralı

Türkiyədə ağır qəza: 29 yaralı

Türkiyənin İsparta vilyətində sərnişin avtobusu qəzaya uğrayıb.

Cebhe.info xəbər verir ki, hadisə İsparta-Konya magistral yolunda qeydə alınıb.

Dərhal hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumata görə, sərnişin avtobusunun aşması nəticəsində 29 nəfər xəsarət alıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yaralılar təcili yardım maşınları vasitəsilə Yalvaç, Gelendost və Şarkikaraağaç bölgələrindəki xəstəxanalara yerləşdirilib.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 628