hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirildi

Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirildi

Türkiyənin Ağrı vilayətinin Patnos rayonu ərazisində keçirilən əməliyyatda PKK terror təşkilatının axtarışda olan daha bir terrorçusu zərərsizləşdirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, "Təslim ol!" əmrinə atəşlə qarşılıq verən terrorçu yerindəcə məhv edilib. 

Zərərsizləşdirilən terrorçu Türkiyənin "təhlükəli şəxslər" siyahısında yer alan, başına 300 min türk lirəsi (təxminən 54 min ABŞ dolları) qoyulan "Kava" kod adlı Sezer İşıkdır.

Bölgədə antiterror əməliyyatı davam etdirilir.

Cebhe.info


Oxunma sayı: 452