hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Türkiyədə azərbaycanlı öldürüldü

Türkiyədə azərbaycanlı öldürüldü

Keçən il iyul ayında Türkiyədə öldürüldən azərbaycanlının qatilinin həbs cəzası azaldılıb.

Virtualaz.org bildirir ki, həmin şəxsin cəzası qarşı tərəfin təhrik etməsi səbəbi ilə endirilib. Bildirilib ki, keçən il ailəsini Azərbaycanda qoyaraq Türkiyəyə işləmək üçün gedən Süleyman Nufarov adaşı Süleyman Kəbizin yanında işləməyə başlayıb. Bir müddət sonra işdən çıxan Nufarov işlədiyi müddətin pulunu (300 TL - 86 manat) almaq üçün müdirinin yanına gedib. Bu zaman onlar arasında mübahisə yaranıb. Kəbiz stolun üzərindəki bıçağı götürərək ona bıçaqla ağır xəsarətlər yetirb.

Nufarov xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Cebhe.info


Oxunma sayı: 375