hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı

Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı

Türkiyənin Qars şəhərində qaçaqmalçılıq yolu ilə neft ticarəti ilə məşğul iki azərbaycanlı saxlanılıb.

Qars şəhərində polisin keçirdiyi əməliyyat zamanı benzin və dizel yanacağını qaçaqmalçılıq yolu ilə gətirilib və xüsusi çənlərə yükləndikdən sonra, satşını həyata keçirən 3 nəfər saxlanılıb.

Saxlanılanlardan iki azərbaycanlı olub. Onların neft çənlərindən ümumilikdə 31 min 268 litr yanacaq aşkar olunub.

Əməliyyatda 3 ədəd metal çən, 1 ədəd dalğıc nasos, 2 ədəd maye yanacaq sayğacı, 5 ədəd müxtəlif ölçülərdə rezin şlanq, 2 ədəd nasos tapançası ələ keçirilib.

Saxlanılan şəxslər məhkəməyə aparılıb. Saxlanılanlardan ikisi sərbəst buraxılıb. Digər biri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Cebhe.info


Oxunma sayı: 804