t Türkiyədə qanunsuz miqrantlar saxlanılıb
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Türkiyədə qanunsuz miqrantlar saxlanılıb

Türkiyədə qanunsuz miqrantlar saxlanılıb

Türkiyədə 221 qanunsuz miqrant saxlanılıb.

Bu barədə Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qanunsuz miqrantlar İzmirdə aşkarlanıb. Belə ki, sahil mühafizəsi xidmətinə Dikili ərazisində içində qanunsuz miqrantların olduğu rezin qayığın aşkarlanması barədə məlumat daxil olub. Qayıq xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Miqrantların hamısı Suriya, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo, Seneqal, Fələstin, Toqo, Eritreya, Nigeriya, Yəmən vətəndaşlarıdır.

Əhməd 
Cebhe.info

 


Oxunma sayı: 1816