hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Türkiyədə terror aktı

Türkiyədə terror aktı

Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, hadisə Kulp və Muş ilçələri arasındakı bölgədə baş verib.

Bildirilir ki, yola quraşdırılan partlayıcı qurğu işə düşüb. Nəticədə 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Əraziyə polis və xilasedicilər cəlb edilib.

Qeyd edilir ki, terrorla bağlı artıq prezident Rəcəb Tayyib Ərdoğan da məlumatlandırılıb. Ərdoğan Diyarbəkir valisi Həsən Basri Güzeloğlu ilə telefonda danışaraq ətraflı məlumat öyrənib. Prezident ölənlərin yaxınlarına başsağlığı verərək, yaralılara şəfa diləyib. O, terroçuların tutulması üçün bütün imkanların səfərbər ediləcəyini vəd edib və məsələni nəzarətdə saxlayacağını bildirib.

Cebhe.info


Oxunma sayı: 463