t Türkiyədə zəlzələnin ilk qurbanları: Nazir say açıqladı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Türkiyədə zəlzələnin ilk qurbanları: Nazir say açıqladı

Türkiyədə zəlzələnin ilk qurbanları: Nazir say açıqladı

Bu gün saat 21 radələrində Türkiyənin Elazığ bölgəsində 6,8 bal gücündə zəlzələ olub. 

Bu şəhərdə təhsil alan tələbələrin Cebhe.info-ya verdiyi məlumata görə, zəlzələdən sonra şəhər əhalisi küçələrə çıxıb, təcili tibbi yardım maşınları hazır vəziyyətə gətirilib və məhəllələr boyunca növbələrə başlayıb. Bir neçə bina dağılıb, yaralılar var. 

Şəhər sakinləri küçələrə axışıb. 

Daxili İşlər Naziri Süleyman Soylunun verdiyi açıqlamaya görə, artıq tələfatla bağlı ilk xəbərlər gəlib. Belə ki, 2 nəfər Elazığda, 2 nəfər isə Malatyada olmaqla ümumilikdə 4 nəfərin öldüyü dəqiqləşdirilib. Ölü sayının artacağı istisna edilmir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1618