hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Türkiyəli jurnalist İran, Gürcüstan və Azərbaycana səfər etdi, xatirlərini bölüşdü

Türkiyəli jurnalist İran, Gürcüstan və Azərbaycana səfər etdi, xatirlərini bölüşdü

Uzun illər Antalyada çalışan jurnalist Bünyamin Tokmak həyat yoldaşı Gül Tokmakla birlikdə “Abbas” adlandırdığı karvanda İran, Azərbaycan və Gürcüstana səyahət edib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük təxminən 90 gün ərzində səfər etdikləri ölkələrlə bağlı Müasir Jurnalistlər Dərnəyində xatirələrini bölüşüblər.

Tokmak cütlüyünə başqa bir karvanla Umit Kurşungemez və həyat yoldaşı Meral Kurşungemez yoldaşlıq edib. 60 gün ərzində İranın bütün əyalətlərini gəzən səyyahlar növbəti 30 gündə Qafqazı - Azərbaycan və Gürcüstanı gəziblər. Türkiyəli səyyahlar üçün İran çox ucuz qiymətlərinə görə yadda qalıb: " İranda Türkiyə ilə müqayisədə çox ucuzluqdur. Biz qonşumuzla çox yaxınıq, eyni zamanda çox uzağıq. Düşünürəm ki, bu ölkə haqqında kifayət qədər məlumatımız yoxdur", - B. Tokmak deyib.

"Yanacaq pulsuz sayıla bilinəcək qədər ucuzdur. Türkiyədə 1 litr yanacağa ödədiyimiz pulla İranda 22-23 litr yanacaq alına bilər. Azərbaycan və Gürcüstanı da karvanla gəzdik. Üç ölkədə 92 gün keçirdik. Toplam 15 min kilometr yol qət etdik. İran, Azərbaycan və Gürcüstanda 3 ayda iki nəfərə ümumilikdə 10 min lirə xərclədik. Bu qədər pul Avropada bir həftə belə gəzməyə yetməz. Türkiyədən gedənlər üçün İran ucuz bir ölkədir. Ancaq otel qiymətləri bir az bahalıdır. İranda çadır quraraq gəzə bilərsiniz. Bütün parklarda çadırlar qurulur. ", - jurnalist qeydlərində bildirib.

Cebhe.info


Oxunma sayı: 2201