hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Türkiyənin İraqda apardığı "Pəncə" əməliyyatı davam edir

Türkiyənin İraqda apardığı "Pəncə" əməliyyatı davam edir

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terror qruplaşmasına məxsus mövqelərini aşkarlama və məhv etmə fəaliyyətlərini davam etdirir.

Cebhe.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Hakurk rayonunda aparılan xüsusi əməliyyat zamanı terrorçulara aid sığınacaq və mağara aşkar edilib.

Xatırladaq ki, Türkiyə mayın 27-də İraqın şimalında “Pəncə” adlı antiterror əməliyyatı başladıb.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 507