hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Türkiyənin Vitse-prezidenti: “Biz kürdlərə qarşı mübarizə aparmırıq”

Türkiyənin Vitse-prezidenti: “Biz kürdlərə qarşı mübarizə aparmırıq”

"Biz kürdlərə qarşı mübarizə aparmırıq. Yüz illərdir ki, kürdlərlə birlikdə yaşayırıq. Bizim mübarizə apardığımız PKK/YPG terror təşkilatıdır".

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.

Onun sözlərinə görə, dünya terror təşkilatları ilə kürdləri bir-birindən ayırmalıdır: "Türkiyədə kürdlər, türklər, ərəblər birlikdə yaşayırlar. Bununla bağlı problemimiz yoxdur. Amma biz heç bir terror təşkilatının və ölkənin Türkiyəni təhdid etməsinə də icazə vermərik. Buna İŞİD də daxildir".

Vitse-prezident qeyd edib ki, Türkiyənin Suriyanın şimalında başlatdığı "Barış bulağı" əməliyyatı işğal məqsədi daşımır. Bu baxımdan bölgə terrorçulardan tamamilə azad olunanadək əməliyyatlar davam edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" adlı hərbi əməliyyatlara başlayıb.

Son məlumata görə, əməliyyat başlayandan 277 terrorçu məhv edilib.

Cebhe.info


Oxunma sayı: 771