hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Tacikistanda İŞİD qurbanlarının sayı artır

Tacikistanda İŞİD qurbanlarının sayı artır

İŞİD terrorçularının Tacikistanın “Sultanobod” sərhəd zastavasına silahlı hücumu nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

Cebhe.info-nun “Azadlıq” radiosunun tacik bürosuna istinadən yaydığı məlumata görə, həlak olanların 4 nəfəri sərhədçi, bir nəfəri isə milis əməkdaşıdır. Rəsmi dövlət orqanları isə yalnız milis işçisi Bahram Kosimzadə və sərhəd gözətçisi İzatulla Lətifovun öldürülməsi xəbərini təsdiqləyib. Hadisənin şahidi olmuş mənbələrdən alınan məlumatda qeyd edilir ki, atışma zamanı B.Kosimzadə və İ.Lətovdan başqa Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının daha üç nəfər hərbçisi həlak olub. Onlardan ikisinin adını müəyyənləşdirmək mümkün olub.

Öldürülənlər “Sultanobod” sərhəd zastavasının rəis müavini Dilovar Tolibov və sərhəd qoşunlarının sıravi əsgəri Hofiz Həsənovdur. 29 yaşlı Dilovar Tolibovu noyabrın 6-da doğma vətəni olan Kanibamadda dəfn edilib. Şəhər rəhbərinin müavini Müzəffər Muxtorovun dəfn mərasimində yerli administrasiyanın nümayəndələrinin və fəalların iştirak etdiyini deyib. Hafiz Həsənov isə Pəncikənd rayonunun Farob icmasında torpağa tapşırılıb. Camaatın sədri Amonqul Amroyev H.Həsənovun Tacikistan sərhəd qoşunlarına bu ilin yazında çağırıldığını bildirib. Terrorçuların hücumu zamanı öldürülənlərdən birinin adını dəqiqləşdirmək hələ mümkün olmayıb. 

Müşfiq Abdulla
Cebhe.info

 


Oxunma sayı: 562