hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Tahir Süleymanov: "Gəncə stadionu onun adını daşımağı haqq edir"

Tahir Süleymanov: "Gəncə stadionu onun adını daşımağı haqq edir"

Azərbaycan futbol veteranı, "Kəpəz” klubunun sabiq futbolçusu və baş məşqçisi Müzəffər Qasımov vəfat edib.

"Neftçi" klubunun keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov mərhum ilə bağlı xatirələrini bölüşüb.

Cebhe.info Süleymanovun "Facebook" səhifəsi üzərindən paylaşdığı fikirləri təqdim edirik:

"Elə dövrə yaxınlaşmışıq ki, zaman yetişib, Azərbaycan futbolu öz həqiqi qaymaqlarını itirir, günü-gündən cılızlaşır. Bir vaxtlar "Spartak", "Dinamo" K, ÇSKA, "Şaxtyor", "Zenit" kimi komandaları qəbul edən Gəncə böyük futbolla nəfəs alırdı. İndi süni yaradılmış komandaların ikinci heyətləri ilə "mübarizə" aparmaq məcburiyyətində qalıb...

Müzəffər Qasımov Tovuzda dünyaya göz açmışdı. Gəncə-Tovuz bölgəsinə 50 faizlik şərait yaradılsın, 150 faizlik futbolçu yetişəcək, üzə çıxacaq. Müzəffər müəllim Gəncə/Azərbaycan futbolunun əvəzolunmaz simalarından idi. Nadir ustalardan idi ki, 15 ildən artıq öz karyerasını bir kluba həsr etmişdi.

O dövrlər zamanımızdakı kimi texniki-tərəqqi indiki kimi inkişaf etməmişdi. İnternetin nə olduğu bilinmirdi. Futbolçular özlərini reklam da etmirdi, onlar azarkeşlərin, xalqın həqiqi sevimliləri idi. Təəssüf ki, ağ-qara rəngli tarixi oyunların videoarxivləri belə saxlanılmayıb."

Gəncədə, dolu tribunalar önündə Müzəffər Qasımovun liderliyi ilə "Dinamo" Kirovabad "Ararat"ı məğlub yola salırdı. Hamısı da Azərbaycan futbol məktəbinin yetirmələri...

Cebhe.info


Oxunma sayı: 628