hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Tanınmış aktyor azyaşlılara təcavüz etdiyi üçün SAXLANILDI

Tanınmış aktyor azyaşlılara təcavüz etdiyi üçün SAXLANILDI

Yunanıstanın məşhur aktyoru Dimitris Lignadis, yetkinlik yaşına çatmayan iki uşağa cinsi təcavüz etdiyinə görə tutulub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Afina Polis Şöbəsində saxlanılan Lignadis, 14 yaşlı iki qıza qarşı cinsi təcavüzdə günahlandırılır. O, bir müddət əvvəl barəsində yayılan ittihamlara görə polis bölməsinə çağrılıb. Lakin aktyor vəkili vasitəsilə ittihamları rədd edib. Bundan bir neçə gün sonra Dimitri polis bölməsinə gedərək günahını etiraf edib. Polis onun barəsində qətimkan tədbiri seçib.

Digər tərəfdən, Baş nazir Kyriakos Mitsotakis və Mədəniyyət Naziri Lina Mendoni, Lignadisi barəsində yayılan xəbərlərə görə onu tənqid ediblər.

Cebhe.info


Oxunma sayı: 639