hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Tanınmış aparıcı bu fotoya görə millət vəkilini əsəbləşdirdi - "Ayıb olsun"

Tanınmış aparıcı bu fotoya görə millət vəkilini əsəbləşdirdi - "Ayıb olsun"

Türkiyənin məşhur aparıcılarından biri Buket Aydın CHP millət vəkili Mehmet Bekaroğlu tərəfindən sərt tənqid edilib.

Aparıcının deputatın tənqidinə məruz qalmasının səbəbi onun münaqişə zonasından paylaşdığı foto və yazdığı rəy olub. 

Cebhe.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparıcı “Barış pınarı” əməliyyatının üçüncü günündə PKK və YPG silahlı qruplaşması tərəfindən jurnalistlərin atəşə tutulduğu əraziyə gedərək “hücum etsəniz də, buradayıq” şərhini yazıb.  Bu onun izləyiciləri tərəfindən də birmənalı qarşılanmayıb. 

Hətta B.Aydının fotosu və rəyinə Mehmet Bekaroğlu hiddətlənərək belə cavab verib:

“Gördüyünüz iş ciddidir. Uşaqlar, sakinlər, əsgərlər ölür, ana-atalar ekran qarşısında uşaqlarından bir xəbər almağı gözləyir. Siz isə sanki podiuma çıxıb poz verirsiz. Bəs üzünüzü o qədər boyamağa necə vaxt tapdız? Ayıb olsun”.

Millət vəkilinə aparıcının cavabı gecikməyib:

"Ailəmizi geridə buraxıb canımızı heçə sayıb hər cür riski alıb Akçakaledə bütün baş verənləri sizə çatdırmağa çalışarkən terror təşkilatının hədəfi olmaq bizi təəccübləndirmir. Amma sizin hədəfiniz olmaq bizi çox təəccübləndirir", - deyə cavab verib. 

Cebhe.info


Oxunma sayı: 584