t Tanınmış diplomat deputatlığa namizəd oldu
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Tanınmış diplomat deputatlığa namizəd oldu

Tanınmış diplomat deputatlığa namizəd oldu

Azərbaycanın tanınmış diplomatı Fuad Hümbətovun 36 saylı Xətai 4-cü seçki dairəsindən deputatlığa namizədliyi qeyd alınıb.

Cebhe.info xəbər verir ki, Hümbətov Fuad Dursun oğlu 10 sentyabr 1969-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra həmin ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olunub. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu nəzdindəki Aspitanturanın əyani şöbəsinə qəbul edilib. 1994-cü ilin mayında Aspitanturanı əla qiymətlərlə vaxtından əvvəl bitirərək, 26 may 1994-cü ildə  namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1998-ci il tarixində dosent elmi adına layiq görülüb. F.Hümbətov 1994-1997-ci illərdə AMEA-da elmi araşdırma ilə məşğul olmuş və müxtəlif rəhbər vəzifələrdə çalışıb.

F.Hümbətov 1994-1999-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alıb, həmin fakültəni də fərqlənmə diplomu ilə bitirib. O, 2005-2006-cı ildə Brüssel şəhərində Avropa Parlamenti nəzdindəki Ali Diplomatiya Məktəbindən məzun olub.

F.Hümbətov 1997-2009-cu illərdə AR Xarici İşlər Nazırliyində fəaliyyət göstərib. 2001-2002-ci ildə Gürcüstanda ATƏT-in Müşahidəçi Missiyasının tərkibində çalışıb. 2002-ci ilin may ayından 2009-cu ilədək AR-in Belçika Krallığındakı Səfirliyinin və NATO yanında Daimi Nümayəndəliyinin Birinci Katibi vəzifəsində fəaliyyət göstərib. İngilis, fransız, alman, türk və rus dillərində yüksək səviyyədə bilir.

F.Hümbətov 2007-ci ilin fevralında Hollandiyanın Haaqa şəhərində “Xocalı qurbanları”nın xatirəsinə həsr edilmiş abidənin (ABŞ və Avropada ilk dəfə və hələ də yeganə) ucaldılmasını təşkil edib. Bundan əlavə, o, ermənilərin soydaşlarımıza qarşı ölkəmizdə və Şərqi Türkiyədə həyata keçirdikləri tarixi soyqırım cinayətləri barədə fransız dilində “Le pouvoir du lobby” (“Lobbinin gücü”) adlı kitabı belçikalı siyasətçi ilə birlikdə 2005-ci ildə hazırlamış və onun Avropa Parlamenti, Belçikanın müxtəlif dövlət qurumları, siyasətçiləri arasında yayılmasını təşkil edib. F.Hümbətov qeyd olunan fəaliyyəti ilə əlaqədar Avropadakı erməni lobbisi tərəfindən dəfələrlə ciddi təhdidlərə və təqiblərə məruz qalıb.

F.Hümbətov 2009-cu ildən etibarən AR-də iqtisadi sektorun inkişafı istiqamətində çalışmağa başlayıb. Belə ki, 2009-2013-cü illərdə dövlət səhmli Bank VTB (Azərbaycan) ASC-nin İqtisadi Təhlükəsizlik 
Departamentinin rəis müavini vəzifəsində çalışıb. O, 2013-cü ilin aprelindən isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasın Baş Katibinin müavini və “Beynəlxalq əlaqələr və Dayanıqlı inkişaf” şöbəsinin müdiridir. F.Hümbətov həm də AR Ombudsman Aparatı nəzdində Biznes hüququ İşçi Qrupunun, AR Dövlət Statistika Komitəsinin nəzdindəki İctimai Şuranın və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti nəzdindəki Müşavirlər Şurasının və digər qurumların üzvüdür.

F.Hümbətov 60-a yaxın elmi məqalə, əsərlərın və “Müasir beynəlxalq münasibətlərdə enerji dipomatiyası” (Bakı, 2018, 356 s.) adlı monoqrafiyanın müəlifidir. O, həm də BMT-nin Dayanıqlı inkişaf və iqlim dəyişmələri ilə mübarizə üzrə ekspertlər qrupunun rəhbəridir, beynəlxalq sertifikatlı ekspertdir. O, eyni zamanda, 2014-cü ilin sentyabr ayından etibarən AR Prezidenti Yaninda Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafının proqnozlaşdırılması və idarə edilməsi” kafedrasının dosenti vəsifəsində də çalışır. Ailəlidir, bir övladı vardır. 

Namizəd barədə https://az.wikipedia.org/wiki/Fuad_H%C3%BCmb%C9%99tov_(diplomat)) səhifəsində geniş məlumat əldə etmək olar.

Onun CBC, AzTV və digər kanallara bəzi tele-müsahibələrini aşağıdakı linklərdən əldə edə bilərsiniz: 

https://www.youtube.com/watch?v=MeHdtQCMl_w.
https://www.youtube.com/watch?v=I70LgVTzq24&fbclid=IwAR1yx07WgQydlzC1Iqy2XjK1gsAoWfEd-F8mgffjI8Bd28bUe3Juu6UH3hs

Cebhe.info


Oxunma sayı: 6348