hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Tanınmış ekspert televiziyaları günahlandırdı: “Yoluxmanın artmasının səbəbi verilişlərdir”

Tanınmış ekspert televiziyaları günahlandırdı: “Yoluxmanın artmasının səbəbi verilişlərdir”

“Karantin rejiminin zəifləməsi yoluxanların sayının artması fonunda baş verir. Yəni tərs mütənasiblik var! Məntiq yoxdur”.

Cebhe.info xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, yoluxmanın artmasına səbəb əhalinin əksəriyyətinin təhlükənin reallığını ciddi qəbul etməməsidir:

“Bunun isə əsas səbəbi telekanallardır. Karantinin ilk günlərindən bildirmişəm ki, telekanallar siyasətlərini dəyişməli idi. Yeni verilişlərin çəkilişi (xüsusilə qonaqların dəvət edilməsi ilə) minimuma endirilməli idi. Üstünlük filmlərə və teletamaşalara verilməli idi. Amma belə olmadı. Əhali gördü ki, ən çox inandığı yerdə - TV-də əvvəlki kimi çal-çağır və dambadurumdur. Çoxları üçün elita televiziyaya çıxanlardır. Əhali düşündü ki, "onlar canı üçün qorxmursa, deməli, təhlükə də yoxdur".
Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1629