hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Tanınmış həkim COVID-19 ödənişlərinin azalmasından danışdı: "Heç fəhlə günü 20 manata işləmir"

Tanınmış həkim COVID-19 ödənişlərinin azalmasından danışdı: "Heç fəhlə günü 20 manata işləmir"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının işçilərinin əmək haqlarına edilməli olan əlavələri ala bilməmələri ilə bağlı məsələyə münasibət bildirib.

Agentlikdən bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təqdim etdiyi yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən bu ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1 542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib.

Cebhe.info xəbər verir ki, Azərbaycan Həkimlər Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev məsələyə münasibət bildirib.

O qeyd edib ki, ödənişlərin belə azaldılması biabrçılıqdır:

"Fevral ayı üzrə bəzi təcili yardım həkimlərinə COVID-lə işləyib həyatlarını təhlükəyə atdığına görə cəmi 20-30 manat pul veriblər. Bu, bütün səhiyyə işçilərinə təhqirdir. 1 ay özünü riskə atıb işləyənə cəmi 20-30 manat vermək nə deməkdir? Heç fəhlə günü 20 manata işləmir. Sadəcə, biabrçılıqdır".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 5094