hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Tanınmış həkimdən Operativ Qərargaha ÇAĞIRIŞ: “Broylerə dönürük, karantini ləğv edin, insanları rayonlara buraxın”

Tanınmış həkimdən Operativ Qərargaha ÇAĞIRIŞ: “Broylerə dönürük, karantini ləğv edin, insanları rayonlara buraxın”

"Bu gün 540 yeni yoluxma faktı qeydə alınıb. Niyə yoluxma azalmır?"

Cebhe.info xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində tanınmış həkim Aydın Əliyev yazıb:

"Dövlət başçısı pandemiya ilə mübarizə üçün 5 000 000 000 manata qədər pul ayırıb. Aidiyyəti qurumlar bu pulu hara və nəyə xərcləyir? Bəlli deyil! Dövlət başçısının ölkəni əhatə edən minlərlə problemi var. O, bizim əvəzimizdən bu problemi həll edəsi deyil ki?! Pulu ayırıb, artıq qalan işlər bizə düşür! COVID-19 xəstəliyinin müalicəsində çox effektiv preparat olan "Favipiravir" ölkədə çatışmır. Niyə? Hanı bizim kimyaçılar? Hanı bizim əczaçılar? Bu dərmanı istehsal etmək bu qədərmi çətindir? Bu dərmanı başqa dövlətlərdən istəyirik və xəstələrimizi, eləcə də həkimlərimizi buna görə itiririk. Əgər qərarlarlarınız effektsizdirsə, demək ki, düz qərar vermirsiz. Bunu başa düşmək bu qədər çətindir? Çəkilin qırağa, qoy bacaranlar bu işlə məşğul olsun. Necə ki, gec deyil, sağlam düşüncə ilə düzgün qərarlar verilməlidir”.

A.Əliyev bildirib ki, indiki halda karantin qaydaları heç bir effekt vermir: “Koronavirus problemini həll etmək üçün polad iradə lazımdır. O sizdə yoxdur. İmkan verin, biz bunu həll edək. Milləti bu bəladan qurtaraq. Təklifləri veririk, amma sizdə bu polad iradə, xalqına, millətinə sonsuz sədaqət, sevgi olmadığına görə, siz bu problemi həll edə bilməyəcəksiz”.

Aydın Əliyev 100% effekt verəcək qaydaları sadalayıb:

"1. Bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstəxanalarda bu müayinələrin münasib qiymətə - hamının maddi imkanı çatacaq qədər olması təmin edilməlidir. 100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatın müayinəyə necə versin?!

2. Bütün qapalı yerlərin və ictimai nəqliyyatın girişində imkansız insanlara pulsuz, imkanlı insanlara isə pulla veriləcək maskalar qoyulmalıdır. Bizim xalqımız çox dəyərli xalqdır. Əminəm ki, imkanı olanlar imkanı olmayanlar üçün də maskaların pulun ödəyəcək.

3. Bütün qapalı və açıq yerlərdə insanların ailə üzvlərindən başqa və 2-3 nəfərdən artıq olmaqla fiziki ara məsafəsi saxlamasına ciddi nəzarət edilməlidir. Karantin postlarında şəxsi avtomobilində tək hərəkət edən insanlar ciddi yoxlanılır, halbuki tək avtomobildə hərəkət edən insanlar təhlükəsizdir. Avtobuslara isə "Sən, keç" deyilir. İctimai nəqliyyatda və bütün qapalı məkanlarda maskaya nəzarət çox zəifdir. Əslində əksinə olmalıdır.

4. Bütün digər karantin rejimləri ləğv edilməlidir. İnsanların rayonlara, istirahət məkanlarına və dənizə getməsi, açıq təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir. Əgər bu təmin edilməsə, biz payıza-qışa bu karantin rejimi ilə daxil olsaq, hamımız qırılacağıq. Çünki immunitetimiz sıfra düşəcək. Broyler toyuqlarına dönürük.

5. Yuxarıda göstərilən təminat olandan sonra bütün qapalı məkanlarda maska geyinməyənlər və bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar".

Tünzalə
Cebhe.info


Oxunma sayı: 7965