hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tanınmış müxalifətçilər üz-üzə: Yasamal uğrunda “döyüş” gərgin keçəcək

Tanınmış müxalifətçilər üz-üzə: Yasamal uğrunda “döyüş” gərgin keçəcək

Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və ReAl Partiyasından qalmaqallı şəkildə ayrılan Azər Qasımlının deputatlığa namizədliyi qeydə alınıb. 

Cebhe.info xəbər verir ki, bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat verilib. Qeydə alınan müxalifətçilərin ortaq tərəfi isə eyni dairədən mübarizəyə qoşulmalarıdır. Belə ki, Müsavat başqanı Arif Hacılı və ADP sədri Sərdar Cəlaloğlu 15 saylı Yasamal birinci seçki dairəsindən deputat olmaq uğrunda mübarizə aparacaq. 

Qeyd edək ki, bu dairədən V çağırış parlamentin deputatı olmuş Ülvi Quliyev yenidən namizədliyini irəli sürüb. VİP sədri Əli Əliyev isə 17 saylı Yasamal üçüncü seçki dairəsində Azər Qasımlı ilə üz-üzə gələcək. Hər iki müxalifətçinin də namizədliyi rəsmi olaraq qeydə alınıb. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 3312