hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Tanınmış pediatr boşanmalardan danışdı: “Maddi çətinlik, zorakı evlənmələr və sonsuzluq”

Tanınmış pediatr boşanmalardan danışdı: “Maddi çətinlik, zorakı evlənmələr və sonsuzluq”

“Doğma diyarda ilbəil boşanmaların sayı artır, buna müxtəlif səbəblər göstərilir. Dünən isə çox hörmət elədiyim həmkarım əsas səbəb kimi cütlüklər arasında seksual uyğunsusluğu göstərib maraqlı müzakirə açmışdı, bu mövzunu ayıb hesab eləyən dostlar da vardı, həqiqət niyə ayıb olsun ki?”.

Cebhe.info xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev boşanmaların artmasına münasibət bildirərkən deyb.

V.Qarayev hesab edir ki, boşanmalara səbəb olan digər amillər maddi çətinlik, zorakı evlənmələr, sonsuzluqdur.

Bura serial havasını və “WhatsApp” düşüncəsini də əlavə edərdim. Bütün dünyada bir mühüm məsələ var - “Ailənin planlanması” bizdə yoxdur! Bu anlayış təbliğ olunmur! Bizdə daha çox plansızlama var! Zaman dəyişir, gənclərin düşüncəsi də dəyişəcək. Haqdan-nahaqdan onların üzərinə getmək düzgün deyil! Həkimlər, sosioloqlar, psixoloqlar, iqtisadçılar, rəsmi qurumlar birgə dəyirmi masalar keçirsə, efirlərdə bu məsələ mütəmadi müzakirə olunsa, effekti olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 463