t Tanınmış pediatr: “DST koronavirusla bağlı fövqəladə vəziyyət elan etməyə tələsmir”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Tanınmış pediatr: “DST koronavirusla bağlı fövqəladə vəziyyət elan etməyə tələsmir”

Tanınmış pediatr: “DST koronavirusla bağlı fövqəladə vəziyyət elan etməyə tələsmir”

“Koronavirusun tüğyan etdiyi Çində vəziyyət yaxşı deyil, xəstə sayı durmadan artır”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə tanınmış pediatr Vaqif Qarayev bildirib: 

“40 nəfər dünyasını dəyişib, virus Tayland, Cənubi Koreya, Yaponiya, Avstraliya, ABŞ və s. regiona yaxın ölkələrdə də insan səhhətinə ölümcül fəsadlar törətməkdədir. Yəni virus “oturur təyyarəyə” və dünyanı gəzir. Vəziyyətin gərgin olmasına baxmayaraq, Dünya Səhiyyə Təşkilatı (DST) beynəlxalq fövqəladə vəziyyət elan etməyə tələsmir.

Eyni zamanda Çindən yaxşı xəbərlər də gəlməkdədir. Belə ki, artıq 36 xəstə ölümcül xəstəlikdən sağalaraq xəstəxanadan evə yazılıb”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 20043