hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

Tanınmış pediatrdan növbəti XƏBƏRDARLIQ – “İnsanlarımızın xofdan...”

Tanınmış pediatrdan növbəti XƏBƏRDARLIQ – “İnsanlarımızın xofdan...”

“Koronavirusla əlaqədar xəstəxanalar müharibə poliqonuna bənzəyir. Bilirsiz niyə? İnsanları "aparırlar", "aparacaqlar" sözləri çox qorxudur”.

Cebhe.info xəbər verir ki, bunu tanınmış həkim-pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, “aparırlar” və ya “aparacaqlar” ifadələri ağır psixoloji travma yaradır:

"Aparılmamaq üçün dərdini gizləyənlər də az deyil. İndi yüngül xəstələrin müalicəsinin evdə təşkili bu qorxunu yüngülləşdirəcək. Həkimlər arasında da gərginlik var. "Məni filan vaxtı aparacaqlar", - deyə son günlər belə məlumatlar çoxalıb. Deyim ki, əvvəlcədən ritorika düzgün olmadı. Hesab edirəm ki, indi də gec deyil. Ölkənin tanınmış psixoloqlarına hər yerdə qapı açılmalıdır. İnsanlarımızın xofdan, qorxudan xəstəlik tapmaması, ürəyi dayanmaması üçün psixoloqlara ehtiyac var”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 10198