hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Tanınmış videobloqqer susuzluqdan şikayət etdi: “Canlı yayımda “Azərsu”nun binasının qarşısında çiməcəyəm”

Tanınmış videobloqqer susuzluqdan şikayət etdi: “Canlı yayımda “Azərsu”nun binasının qarşısında çiməcəyəm”

Nazirlər Kabineti yanında Operativ Qərargahla bağlı videoları ilə tanınan videobloqqer Ərtoğrul Kamalov “Azərsu”nun iş rejimindən narazılıq edib.

Cebhe.info xəbər verir ki, videobloqqer şəxsi “Facebook” hesabında yaşadığı ərazidə hər həftə suyun verilməsində saatlarla fasilə yarandığını bildirib:

“Su yenə hər həftə olduğu kimi kəsilib, 5-6 saatdır suyun verilməsi təmin edilməyib. Əgər su gəlməsə, mən canlı yayımla Abşeron Rayon Su İdarəsinin və 20 yanvarda yerləşən “Azərsu”nun binasının qarşısında çimib qurumun fəaliyyətini biabır edəcəyəm”.

Qeyd edək ki, aktyorun şikayətinə hələ də rəsmi cavab verilməyib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1750