hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Tanrıya ibadət faciə ilə bitdi: 11 ölü

Tanrıya ibadət faciə ilə bitdi: 11 ölü

Hindistanda Madxya-Pradeş ştatında ənənəvi mərasim zaman zəvvarların olduğu qayıq çevrilib.

İlkin məlumata görə, 11 nəfər ölüb.

Cebhe.info xəbər verir ki, bu barədə "ANI" agentliyi xəbər yayıb. 6 nəfər xilas edilib. Məlumatlarda qayıqdakı zəvvarların sayının 19 nəfər olduğu deyilsə də, tutumdan artıq sərnişin götürülməsi də istisna deyil.

Ölənlərin hər birinin ailəsinə 400 min rupi təzminat ödəniləcək. Baş vermiş hadisə araşdırılacaq.

Olay tanrı Qaneşə ibadət məqsədilə keçirilən mərasimdə baş verib. Yerlilərin inancına görə, Qaneş müdriklik, uğur tanrısıdır. Festival 10 gün davam edəcək.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 595