hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tarixçi alimdən şok iddia: "Bəzi məmurlar Rusiyaya, Ermənistana xidmət edir..."

Tarixçi alimdən şok iddia: "Bəzi məmurlar Rusiyaya, Ermənistana xidmət edir..."

Ölkənin şimal-şərqində alban kilsələri, şimal bölgəsində Şeyx Cüneyd, Şeyx Heyder abidələri var. Lakin həmin abidələr sökük, yararsız haldadır.

Tariximizin bir parçası olan bu abidələr əsaslı təmir edilmir və ya bu abidələr üçün ayrılan pullar havaya sovurulur. Halbuki həmin tarixi məkanlar bərpa olunarsa, nə qədər turistin gəldiyi yerə çevirilə bilər.

Maraqldır, niyə sözügedən abidələr bəpra edilib turizm mərkəzinə çevrilmir?

Bu barədə Cebhe.info-ya açıqlamasında tarixçi alim Dilavər Əzimli bildirib ki, bu məsələ neçə illərdir onlar tərəfindən gündəmə gətirilsə də, həll edilmir:

"Şeyx Heydərə aid olan türbə elə gündədir ki... Ora baxanın ağlamağı gəlir, tamamilə uçub. Belə abidələrdən Yardımlıda, Cəlilabadda da var. Şeyx Heydərin abidəsinə baxsanız, deyəcəksiniz ki, biz doğrudan, Səfəvilərin varisləriyik? Mən orada neçə dəfə olmuşam, təmirə ehtiyac var. Rayon rəhbərliyi adi ustalara təhvil veriblər, o ustalar da rəngləri qarışdırıblar, yaman günə qoyublar. Mən Qafqaz Müsəlmanları İdarəsinə bu məsələ barədə müraciət etdim. Oradan mənə dedilər ki, Mədəniyyət Nazirliyi bu abidəni QMİ-nə təhvil versə, biz ona əncam çəkərik. Amma görürsünüz ki, təmir etmirlər. Nə qədər pullar ayrılır. Bu pullar hara xərclənir? Özünüz gördünüz ki, Mədəniyyət Nazirliyinin nə qədər işçisini pul yediklərinə görə həbs etdilər. İnsanda qeyrət olar.

Niyə bunu bərpa edib turizm mərkəzlərinə çevirməyək? Bizə nə mane olur? Çünki bəzi məmurlar Rusiyaya, Ermənistana xidmət edir. Onlar həmin abidələrə əncam çəkmir ki, biz mədəniyyətimizdən uzaq olaq. Bəli, o məbədlər turizm mərkəzlərinə çevirilməlidir. Bu, çoxdan olmalı idi. Bunu həyata keçirmək üçün isə milli insanlar olmalıdır".

Naibə
Cebhe.info


Oxunma sayı: 1354

Bizim Telegram səhifəmizi izləyin