Tarixdə bu gün: 2 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır Qısaca nəzər salaq.
1510 - Səfəvilər və Şeybanilər arasında Mərv döyüşü baş verdi.
1804 - Napoleon Bonapart özünü imperator elan etdi.
1852 - III Napoleon Fransada İkinci İmperiyanı elan etdi.
1908 - 2 yaşlı Pu İ Çin taxt-tacına sahib oldu.
1942 - Çikaqoda Enriko Fermi (şəkildə) ilk dəfə olaraq idarə olunan nüvə reaksiyasını həyata keçirdi.
1945 - Amerika Birləşmiş Ştatları, Kanada və Böyük Britaniya SSRİ-yə atom silahının sirrini açmaqdan imtina etdilər.
1971 - Birləşmiş Ərəb Əmirlikləri müstəqilliyini elan etdi.
1975 - Laos Respublikası elan edildi.
1982 - Kamran Bağırov Azərbaycan KP MK-nın birinci katibi seçildi.
1990 - Kosmonavt Musa Manarov "Soyuz TM-11" kosmik gəmisində ilk uçuşunu həyata keçirdi.
Əhməd
Cebhe.info
Oxunma sayı: 837