hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Tarixdə bu gün: 9 noyabr

Tarixdə bu gün: 9 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanırə Qısaca nəzər salaq.

1930 - Avstriyada keçirilən parlament seçkilərində sosialistlər qalib gəlmiş, nasistlər və kommunistlər parlamentə düşə bilməmişlər.
1937 - Yaponiya Şanxayı işğal etmişdir.
1938 - Berlində faşitlər tərəfindən 7 min yəhudi dükanı dağıdılmış, yüzlərlə sinaqoq yandırılmış, çox sayda yəhudi qətlə yetirilmişdir.
1982 - Kənan Evrən Türkiyə prezidenti seçilmişdir.
1989 - Almaniya Federativ Respublikası hökuməti Almaniya Demokratik Respublikası ilə arasındakı gediş-gəlişlə bağlı qadağaları aradan götürdüyünü bəyan edəndən sonra minlərlə alman Berlin divarını aşaraq AFR-ə keçmişdır.
1990 - Meri Robinson İrlandiyanın ilk qadın prezidenti olmuşdur.
1991 - Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə tanımışdır.
1994 - Alman fizikləri yeni kimyəvi element sintez edərək yaşadıqları şəhərin şərəfinə onu "darmştadium" adlandırmışlar.
2003 - "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanında kral sarayına terror hücumu nəticəsində 20-yə yaxın insan həlak olmuşdur.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 892