hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Tarixdə bu gün: 18 yanvar

Tarixdə bu gün: 18 yanvar

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1654 - Pereyaslav radasında Ukraynanın Rusiyaya birləşməsi haqqında qərar qəbul edildi.
1670 - Henri Morqan Panamanı ələ keçirdi.
1896 - Nyu-Yorkda Rentgen cihazının ilk təqdimatı baş tutdu.
1911 - İlk dəfə təyyarə gəminin üzərinə eniş etdi. Pilot Yucin B. Elay, San-Fransisko limanındakı "USS Pennsylvania"nın göyərtəsinə enmişdir.
1943 - İkinci Dünya Müharibəsi: Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.
1990 - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 13 yanvarda başlayan iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.
2005 - 800 sərnişin tutumlu "Airbus A380" təyyarəsi Fransanın Tuluza şəhərində mətbuata təqdim edilib.

Əhməd
Cebhe.info


Oxunma sayı: 1002