hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tarixdə bu gün: 22 oktyabr

Tarixdə bu gün: 22 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

E.ə. 202 - Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Zama döyüşündə Roma legionlarına məğlub olub.
362 - Dafne şəhərində yerləşən Apollon məbədi səbəbi bilinməyən yanğında məhv olub.
1600 - Osmanlı ordusu, Macarıstanın Kanije qalasını fəth edib.
1746 - "The College of New Jersey" (indiki adı ilə Prinston Universiteti) qurulub.
1962 - Amerika Birləşmiş Ştatları Prezidenti Con Kennedi (John F. Kennedy), Kubada SSRİ nüvə başlıqları olduğunu açıqlayaraq, Karib böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif edib.
1964 - Jan Pol Sartr (Jean-Paul Sartre) Nobel Ədəbiyyat Mükafatını qazanmış, amma mükafatı geri qaytarıb.
1980 - Roma papası Qalileo Qaliley haqqında 1633-cü ildə çıxarılmış hökmü ləğv edib.
1983 - Qərbi Almaniya və Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirib.

Əhməd
Cebhe.info


Oxunma sayı: 815

Bizim Telegram səhifəmizi izləyin