hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tarixə qarşı səlib yürüşü: Erməni vandalizminin qurbanı olan abidələrimiz - BİZİM SİYAHI

Tarixə qarşı səlib yürüşü: Erməni vandalizminin qurbanı olan abidələrimiz - BİZİM SİYAHI

Qarabağ ermənilər tərəfindən işğal edildikdən sonra tarixi abidələrimiz də vandalizmin qurbanı olub.

Düşmən hər zaman bu məqbərələri, tarixi və dini abidələri, sənərkarlıq nümunələrini dağıtmaqla onların Azərbaycanla bağlılığını silməyə çalışıblar. Bu gün də ermənilərin bu siyasəti davam edir. Lakin tarixi faktlar Qarabağın və orada yerləşən abidələrin Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir.

Ermənistanın Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsi və saxtalaşdırılması yönündə gördüyü işlər cinayət əməli və bəşəri dəyərlərə qarşı soyqırımdır.

Cebhe.info budəfəki araşdırmasında ermənilər tərəfindən məhv edilən, dağıdılan, vandalizmin qurbanı olan abidələrə yer ayırıb.

*Şuşada Molla Pənah Vaqifin türbəsi dağıdılıb. Əvvəlki binadan demək olar ki, əsər-əlamət qalmayıb. Yandırılan bina özünəxas görkəmini də itirib.

*Şuşada yerləşən Xan qızı Natəvanın sarayı da erməni vandalizminin qurbanı olub. Şuşanın işğalından sonra mülk dağıdılaraq xaraba halına salınıb.Hazırda mülkün qalıqları var.

*Şuşanın işğalından sonra Azərbaycan opera müğənnisi Bülbülün də ev-muzeyinə ziyan dəyib.

*Şuşada yerləşən və hazırda fəaliyyət göstərməyən daha bir abidə Azərbaycan şair və rəssamı Mir Möhsün Nəvvab ev muzeyidir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin binası və iki yüzə yaxın eksponatı məhv edilib.

İşğaldan sonra eksponatların çoxunu xilas etmək mümkün olmasa da, bəzi eksponatlar indi İncəsənət Muzeyindədir.

*Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr) də daşnak quldur dəstələri tərəfindən dağıdılıb.

* Görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyovun Şuşada yerləşən evi də ermənilər tərəfindən məhv edilib.

*Şuşanın ən məşhur əsilzadələrindən olan Əsəd bəyin evi də erməni vandalizminin qurbanı olub. XVIII əsrin əvvəllərində inşa etdirilən ev ermənilər tərəfindən dağıdılıb.

*Ermənilər tərəfindən dağıdılan daha bir abidə Üzeyir Hacıbəyovun ev-muzeyidir. Ev 1959-cu ildə yaradılıb və 1992-ci ilə kimi, Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərib. Muzeyin eksponatlarından şəxsən Ü. Hacıbəyova məxsus əşyalar Bakıya gətirilib. Hal-hazırda onlar Ü. Hacıbəyovun Bakıdakı ev-muzeyinin fondlarında saxlanılır. Şuşadan gətirilmiş eksponatlar aşağdakilardan ibarətdir: Üzeyir bəyin şəxsi əşyaları, uşaqlığ papağı, kostyumu, eynəyi, paltosu, Qori seminariyasında çaldığı skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyin xanımın gəlinlik paltarı, Ü. Hacıbəyovun həyat və yaradıcılığına həsr olunan və muzeyə yadigar verilmiş kitablar. Bakıya gətirilən eksponatlardan ən dəyərlisi isə müzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır.

* Xanəndə Seyid Şuşinskinin Şuşada yerləşən evi (XIX əsr) də ermənilər tərəfindən dağıdılıb.

*Bundan başqa, Şuşada Cabbar Qaryağdıoğlunun evi, Aslan Qaraşarovun evi, Firudin bəy Köçərlinin evi,
Behbudovların evi, Qasım bəy Zakirin evi və daha neçə-neçə görkəmli şəxslərə aid evlər, muzeylər dağıdılıb və məhv edilib.

*Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi
kimi tarixi-memarlıq abidəsi işğal zamanı dağıdılıb, məhv edilib.

*Ağdam yerləşən Uğurlu bəyin türbəsi ( XIX əsr) də ermənilər tərəfindən məhv edilib.

* Laçında yerləşən Soltan Əhməd sarayı, Həmzə Soltan sarayı, Sarı Aşığın ev-muzeyi də məhv edilib.

Naibə
Cebhe.info


Oxunma sayı: 1497

Bizim Telegram səhifəmizi izləyin