hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tarixi dəyişdirəcək kəşf - 244 milyon illik sir

Tarixi dəyişdirəcək kəşf - 244 milyon illik sir

Çinin cənub-qərbində 244 milyon il əvvələ aid balıq fosilləri tapılıb.

Cebhe.info xəbər verir ki, Çin Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Paleoantropologiya və Paleontologiya İnstitutunun arxeoloqlarından biri Şu Quanqhui Yünnan əyalətində qazıntı işləri zamanı 244 milyon il əvvələ aid balıq qalıqlarını aşkar edib.

Fosillərin çənə quruluşu qısa və incə, diş quruluşu dəqiq və uzun olan 3 santimetr uzunluqdakı bir balıq növünə aid olduğunu bildirən Şü, balığın dənizdəki tullantıları parçaladığını qeyd edib.

Balıq fosilinin kəşfi ilə əlaqədar aparılan arxeoloji araşdırmalarla bağlı xəbər zoologiya jurnalı olan “The Linnean Society”də dərc olunub.

Əli Bədir
Cebhe.info



Oxunma sayı: 1266