hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tbilisidə Gəncə terrorlarına etiraz bildirilir

Tbilisidə Gəncə terrorlarına etiraz bildirilir

Tbilisidə Gəncə terrorlarının qurbanlarının xatirəsinə həsr olunan aksiya davam edir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiyaçılar terror aktları zamanı həlak olanların və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İştirakçılar Ermənistanın dinc insanlara qarşı terror, insanlığa sığmayan qanlı cinayətlərini kəskin şəkildə qınayıblar.

Aksiyada "Qarabağ Azərbaycandır!", "Yaşasın Azərbaycan!", "Azərbaycan var olsun, düşmənləri kor olsun!", "Ermənistan terroruna yox!" şüarları səsləndirilir.

Gürcü tarixçi Quram Marxuliya çıxışında deyib ki, 30 ilə yaxındır dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmayıb: "Azərbaycan tarixi torpaqlarını erməni işğalından xilas edir, ərazi bütövlüyünü bərpa edir. Erməni silahlı birləşmələri döyüş meydanından uzaqda yerləşən Azərbaycan şəhərlərini, dinc sakinləri raket hücumlarına məruz qoyur. Bu onu göstərir ki, Ermənistan Azərbaycanın qüdrətli Ordusunun qarşısında müqavimət göstərmək qabiliyyətinə malik deyil. Dünya birliyi Ermənistanın müharibə cinayətlərini qınamalıdır".

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev Gəncədə baş verənləri bəşəriyyətə qarşı cinayət adlandırıb: "Bu terror aktları Ermənistanın faşist mahiyyətini bir daha sübut edir".

Cebhe.info


Oxunma sayı: 2520

Bizim Telegram səhifəmizi izləyin