hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Teatrlara gedənlərin sayı niyə azalır? – Əməkdar artist səbəbləri açıqladı

Teatrlara gedənlərin sayı niyə azalır? – Əməkdar artist səbəbləri açıqladı

Son zamanlar teatrlara maraq azalıb. Boş qalan lojalarda yerləri doldurmaq üçün məktəblərə və universtetlərə pulsuz biletlər göndərilir.

Cebhe.info-ya açıqlamasında Əməkdar artist, kinorejissor Şeyx Əbdül teatr zallarında tamaşaçı azlığının səbəblərini izah edib:

“Teatrlara marağın azalması və tamaşaçı azlığı vətəndaşların sosial problemləri ilə bağlıdır. Bu məsələnin əsas səbəblərdən biridir. Çünki insanlar rayonlardan Bakıya gəlib gecə-gündüz çalışıb-vuruşub pul qazanırlar ki, günlük ehtiyaclarını ödəyə bilsinlər.

Bu gün Bakının küçələrində 10 minlərlə vətəndaş rayonlardan gəlib taksi sürücüsü işləyir ki, həftəsonu evinə 3-5 manat çörək pulu apara bilsin. Əgər rayon sakini gəlib sürücülük edib ucuz olsun deyə Bakıdan bazarlıq edirsə, bu dünyanın axırıdır. Prezident 3-5 manat maaşları artıran kimi gecə ilə bazarda məhsulların qiymətləri bahalaşır. Yəni camaat ancaq bir tikə çörəyini necə qazanacağını düşünür.

Bunda başqa peşəkar teatr, kino məktəbinin dağılmasıdır. Teatr, kino işi yoldan ötənlərə yox, əsl sənətkarlara həvalə edilməlidir. Eləcə də gənclərin sosial şəbəkələrə olan maraqlarıdır. Onlar elektron cihazlardan çox istifadə edirlər.

Nəhayət, bizim milli-mənəvi dəyərlərimizi qoruyan təşkilatlarda, idarələrdə “mavilik”dən söhbət gedir. Bunu Prezident öz çıxışında da bildirdi. Belə şeylərin qarşısını almaq üçün ölüm hökmü bərpa olunmalıdır. Xalqın əxlaqını pozan hallarla mübarizə aparmaq üçün ağsaqqallar şurası yaradılmalıdır, məhz şura tərəfindən qəbul olunan qərarlar prezidentə təqdim olunmalıdır. Çünki bu kimi problemlərlə birtərəfli qaydada mübarizə aparmaq mümkün deyil. 

Xalqı düşünülmüş şəkildə manqurtlaşdıranlar var. Bu adamlar cinayətə cəlb olunmalıdır. Bunların hamısı mədəniyyət sahəsinə, xüsusən də teatra marağı azaldır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 661