hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

"Təbəssüm yarat"dan nəcib TƏŞƏBBÜS

"Təbəssüm yarat"dan nəcib TƏŞƏBBÜS

Koronavirus epidemiyasının yayılması ilə əlaqədar ölkədə karantin rejimi tətbiq olunduqdan sonra ”Təbəssüm yarat” komandası Bakı və ətraf ərazilərdə yaşayan sakinlərə ərzaq yardımlarını paylamağa başlayıb.

Cebhe.info xəbər verir ki, "Təbəssüm yarat" xeyriyyə layihəsi 2017-ci ildə yaradılıb. Ucqar kənd məktəblərinə yardım edən qrup bu günə qədər respublikada 5 rayona sovqat aparıb. 6 məktəbə məktəb ləvazimatları, kitablar və geyim əşyaları paylayıb. Qrup bir çox layihə və dəstək kampaniyalarının iştirakçısı olub. Bu günə qədər 210-dan çox ehtiyaclı ailəyə ərzaq yardımı edilib.

Qrup 1 iyun Beynəlxalq Uşaq günü ilə əlaqədar Daun sindiromlu uşaqlara bayram sovqatı aparacaq.

Aydın
Cebhe.info


Oxunma sayı: 2531