hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

TƏBİB nazirlikdən aldığı xəstəxananın işçilərini bölə bilmir? - Suala bir cümləlik cavab

TƏBİB nazirlikdən aldığı xəstəxananın işçilərini bölə bilmir? - Suala bir cümləlik cavab

Redaksiyamıza daxil olan məlumata görə, Sumqayıtdakı Təcili Tibbi Yardım xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyindən alınaraq TƏBİB-ə verilib.

Daha sonra xəstəxananın təmir olunacağı səbəb kimi göstərilərək əməkdaşları digər xəstəxanalar arasında bölüşdürülüb. Lakin məlumata görə, xəstəxanada işçi sayı çox olduğundan məsələ tam həll oluna bilmir. Hazırda işçilərin bir qisminə işləmək üçün xəstəxana tapılmır.

Bəzi əməkdaşlar digər xəstəxanalara yerləşdirilsələr də, prosesi yekunlaşdırmaq mümkün olmur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıtda olan Təcili Tibbi Yardım xəstəxanası TƏBİB-ə tabedir: “Bu, yeni məlumat deyil”.

Ancaq TƏBİB əməkdaşların yerləşdirilməsində yaranan problemlə bağlı suala “Digər məsələlər isə həqiqəti əks etdirmir” deməklə kifayətlənib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1574