hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

TƏBİB rəhbəri 20 əməkdaşı işdən çıxarıb? - RƏSMİ REAKSİYA

TƏBİB rəhbəri 20 əməkdaşı işdən çıxarıb? - RƏSMİ REAKSİYA

Mətbuatda TƏBİB-in 20-yə yaxın əməkdaşı işdən azad edilmə barədə xəbərlər yayılıb.

Məsələylə bağlı Cebhe.info-ya TƏBİB-dən daxil olan məlumatda deyilir:

“Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir. Digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir.

Odur ki, sözügedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir.

Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər”.

Cebhe.info


Oxunma sayı: 936