hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

TƏBİB Səməd Səmədovun ölümü ilə bağlı məlumat yayıb

TƏBİB Səməd Səmədovun ölümü ilə bağlı məlumat yayıb

Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub.

Bu barədə TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış məlumat verib.

Məlumata əsasən , döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib.

Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.

Cebhe.info


Oxunma sayı: 694