t Təbriz Universitetində qarşıdurma: "İnqilabçı tələbələr"lə etirazçı tələbələr üz-üzə gəldi
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Təbriz Universitetində qarşıdurma: "İnqilabçı tələbələr"lə etirazçı tələbələr üz-üzə gəldi

Təbriz Universitetində qarşıdurma: "İnqilabçı tələbələr"lə etirazçı tələbələr üz-üzə gəldi

İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Ukraynanın sərnişin təyyarəsini vurmasına etiraz olaraq İranın müxtəlif şəhərlərində keçirilən nümayişlər zamanı Təbriz Universitetində hakimiyyət yönümlü tələbələr ilə etirazçı tələbələr qarşı-qarşıya gəliblər.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, yanvarın 12-də Təbriz Universitetində keçirilən nümayişlər zamanı azı 7 etirazçı tələbə saxlanılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, nəzarət altına alınan tələbələrin bir qismi artıq etiraz aksiyalarına qatılmayacaqlarına dair “yazılı təəhhüd” imzaladıqdan sonra yanvarın 13-də sərbəst buraxılıblar.

İnqilab Keşikçiləri Qvardiyasının könüllü Bəsic qüvvələrinə bağlı ‘Tələbə’ agentliyi yazıb ki, “Təbriz Universitetinin inqilabçı tələbələri qanunsuz şəkildə mitinq keçirən iğtişaşçı tələbələrə möhkəm cavab veriblər.”

Agentliyin yazdığına görə, “inqilabçı tələbələr” etirazçıların cavabında hakimiyyət yönümlü şüarlar səsləndiriblər.

Tələbə agentliyi bu barədə “Tələbə Bəsici” birliyinin sədri Hüseyn Kazımi ilə müsahibə edib.

Kazımi deyib ki, “bu iğtişaşçı tələbələr təyyarə olayını bəhanə edərək qanunsuz mitinq keçirib və bu mitinqi universitetin xaricinə çəkmək istəyirdilər ki, təhlükəsizlik qüvvələri onlara mane oldular. Tələbələrin nizama qarşı şüarlar səsləndirib qırmızı xətti aşmaq istədikləri zaman inqilabçı tələbələrdən möhkəm cavab aldılar.”

Cebhe.info


Oxunma sayı: 1112