hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Təbrizli milli fəal 4 il həbs cəzası aldı

Təbrizli milli fəal 4 il həbs cəzası aldı

İranda “rejimə qarşı təbliğat aparmaq” və GAMAC qrupuna üzv olmaq”da günahlandırılan Güney Azərbaycanlı Milli Hərəkatının fəallarından biri, Təbriz sakini Əkbər Mühaciri 4 il həbs cəzasına məhkum edilib.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, mühacirinin barəsində çıxarılan həbs cəzasının 1 ili təxirə salınıb.

Əkbər Mühaciri daha 8 azərbaycanlı milli fəalla birlikdə 2019-cu il noyabr ayı etirazları zamanı, aksiyalarda iştirak etmədiyi halda təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Təbriz ETTELAAT İdarəsinin əməkdaşları Mühacirinin evinə hücum edərək, ailəsinin gözü qarşısında türk fəalı döyərək həbs etmişdilər.

O, tutulduqdan sonra 75 gün Təbriz ETTELAAT İdarəsinin təcridxanasında saxlanılmışdı.

Mühaciri bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 1519