hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Təhlükəli Türkiyə planı: PKK silahlandırılır

Təhlükəli Türkiyə planı: PKK silahlandırılır

Sədrəddin Soltan: “PKK-ya yardım göstərmək  Türkiyəni parçalamaq, yalnız Ankara və Ərzurum ətrafından ibarət kiçik bir dövlətə çevirmək planına dəstək vermək məqsədi daşıyır”

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri PKK terror təşkilatına yardım göstərib. Bu barədə açıqlamanı Suriya müxalifətinin nümayəndəsi Mustafa Seceri verib. O, bildirib ki, körfəz ölkələri 2016-cı ildən etibarən Suriyanın müxalifət qüvvələrinə, o cümlədən Azad Suriya Ordusuna maliyyə yardımını dayandırıb. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Ayn əl-Arab uğrunda döyüşlərin getdiyi ilk vaxtlardan PKK ilə əlaqələr qurmağa başlayıb. PKK-çılara əvvəlcə gizlin yardım göstərən Səudiyyə Krallığı və BƏƏ sonradan açıq şəkildə terrorçulara tibbi və qida ləvazimatları göndərib, təlimlər keçib. 

Sonra bu əməkdaşlıq siyasi mustəvidə özünü büruzə verib. Səudiyyə Krallığının və BƏƏ-nin dövlət rəsmiləri Kamışlı, Ayn əl-Arab, Ayn İsa, Menbiç və Rakkaya səfər edərək PKK-çılarla görüşüb. 2015-2019-cu illərdə ümumilikdə, Səudiyyə Ərəbistanı və BƏƏ PKK-ya 1 milyard dollar məbləğində yardım edib. 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, adıçəkilən ərəb dövlətlərinin PKK terror təşkilatına yardım etməsi Türkiyəyə qarşı tarixi düşmınçilik münasibətindən qaynaqlanır: 

“Səuduiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin PKK ilə əlaqələrini müəyyən etmək etmək üçün həmin ölkələrin Osmanlı dövlətinə tarixən göstərdiyi münasibəti nəzərdən keçirmək lazımdır. Son zamanlar bu münasibət Səudiyyə Ərəbistanının Türkiyə ilə münasibətlərində özünü daha qabarıq göstərir. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda kral ailəsinə müxalif düşüncəli bir jurnalist qətlə yetirilir və itirilir. Türkiyədə də bu məsələnin araşdırılmasında maraqlı olduğunu və güzəştə getməyəcəyini bəyan edir. Bütün bunlar isə son nəticədə Səudiyyə taxt-tacının vəliəhdi, şahzadə Məhəmməd ibn Salmana çıxır. Ona görə də Səudiyyə Ərəbistanı mütəmadi olaraq Türkiyənin başını qatmağa, bazarlarına mane olmağa çalışan addımlar atıb. Digər tərəfdən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın yaxın müttəfiqidir. ABŞ Suriyada və İraqda PKK-nn qolları olan PYD-ni və YPG-ni dəstəkləyir. Yəni ABŞ və müttəfiqləri separatçı terrorçuları dəstəkləyir. Çünki Türkiyə ABŞ-ın regionda həyata keçirməyə çalışdığı layihələrə mane olub. Türkiyə Suriyanın parçalanmasının qarşısını aldı. ABŞ-ın planı Türkiyənin Suriya ilə sərhəddi boyunca kürd dəhlizi yaratmaqdan ibarət idi. Bu isə perspektivdə Türkiyənin Hatay bölgəsini itirməsinə gətirib çıxara bilərdi. Ona görə də Türkiyə qabaqlayıcı addımlar ataraq bu təhlükənin qarşısını aldı. Ümumiyyətlə, bu Səudiyyə Ərəbistanının Türkiyənin əleyhinə ilk fəaliyyəti deyil. 1990-cı illərdə Üsəma bin Laden və qardaşı Səudiyyə Krallığının ərazisində Osmanlı dövlətindən qalma tarixi abidələrin dağıdılması ilə məşğul olub. Yəni Osmanlı İmperiyasına olan nifrət, kin-küdurət bu etnosun içində qalmaqdadır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri müsəlman ölkələri olsa da, Türkiyəyə qarşı çıxan qüvvələrlə müttəfiqlik xətti tutublar. Bu gün də həmin siyasət davam edir. Bu ziddiyyətin bir səbəbi də Qətərlə bağlıdır. Məlum olduğu kimi 2017-ci ildə Səudiyyə Ərəbistanı başda olmaqla aparıcı ərəb dövlətləri Qətərə qarşı sanksiyalar tətbiq etmişdi. ABŞ Qətəri terrorçu təşkilatları maliyyələşdirməkdə ittiham edir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də ABŞ-ın müttəfiqləri olduğundan bu siyasəti dəstəkləyirdi. Hətta bu gün PKK-ya yardım edən həmin ərəb dövlətləri Ermənistanı da dəstəkləyə bilər. Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti bu yaxınlarda Ermənistanda olub. Eyni addımı başqa ərəb ölkələri də ata bilər. Nikol Paşinyanın maliyyə yardımına və xarici investisiyaya ehtiyacı var. Yəni Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri etibarsız dövlətlərdir. Onlar Osmanlını sevmir. Bu nifrət potalogiyası da zaman-zaman özünü büruzə verir. PKK-ya yardım göstərmək Türkiyəni parçalamaq, yalnız Ankara və Ərzurum ətrafından ibarət kiçik bir dövlətə çevirmək planına dəstək vermək məqsədi daşıyır”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3285