hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Tehrana 41 il sonra baş tutan ilk səfər 

Tehrana 41 il sonra baş tutan ilk səfər 

“Yaponiyanın Baş naziri Şindzo Abenin İrana səfəri regionda yeni qarşıdurmanı bir qədər zəiflədə bilər. Yaponiyadan İrana 41 ildən sonra reallaşan yüksək səviyyədə bu səfər beynəlxalq nizamın tənzimlənməsi istiqamətində, xüsusilə İran ABŞ arasında mümkün dialoqun qurulmasında mühüm əhəmiyyət kəsb edə bilər”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşıb:

“Qeyd edim ki, Yaponiya İranın əsas iqtisadi tərəfdaşı kimi siyasi əlaqələri də yüksək səviyyədədir. Bir müddət bundan əvvəl, İranın XİN rəhbəri Yaponiyada səfərdə oldu. Görünür Tokionun vasitəçilik təklifi Tehran qəbul edib və bununlada iki ölkə arasında yeni nüvə razılaşması istiqamətində danışıqlar başlamaq imkanı əldə edilməsi mümkündür.

ABŞ İranla danışıqlarda maraqlıdır. Amma İranın Yaxın Şərqdə apardığı siyasət onun Vaşinqtonla mümkün razılaşması çətindi. Ona görə ki, Vaşinqton İranın Yaxın Şərqdən çəkilməsini və silahlı qrupları silahlandırmasını tələb edir. Tehranın bu şərtlə razılaşması mümkün görünmür.

Buna baxmayaraq Şindzo Abenin Tehran səfəri cənub qonşumuza qarşı mümkün hərbi müdaxiləni, dialoq formatına keçirə bilər. Bu Cənubi Qafqazın ümumi təhlükəsizliyinə də müsbət təsir etməklə yanaşı, mümkün miqrant axının qarşısında almış olar”.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 881