hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Təhsil Nazirliyinin DİQQƏTİNƏ: SSRİ-nin ikinci məktəbi indi xarabalığa bənzəyir:Azərbaycanın tam ortasında- FOTOLAR

Təhsil Nazirliyinin DİQQƏTİNƏ: SSRİ-nin ikinci məktəbi indi xarabalığa bənzəyir:Azərbaycanın tam ortasında- FOTOLAR

Azərbaycanda təhsil ocaqlarının təmirinə hər il milyonlarla vəsait ayrılsa da, hələ də acınacaqlı vəziyyətdə olan məktəblər az deyil.

Cebhe.info xəbər verir ki, bu dəfə sosial şəbəkə istifadəçisi Nəsimi Paşayev “Xaldan Kənd Kompleks Orta Məktəbi”nin acınacaqlı durumda olduğu haqqında foto və məlumat paylaşıb. “Vaxtilə SSRİ məkanının ikinci ən yaxşı təhsil ocağı indi diqqətsizlikdən xarabalığa bənzəyir. Azərbaycanın tən ortasında yerləşən məktəb nə təmir olunur, nə qazanxanası var, nə də əvvəlki təhsil səviyyəsi. Yeni təyin olunmuş direktor olmasaydı, bəlkə bir müddət sonra bu tikintini də görməyə bilərdik. 2019-cu ildə bu cür məktəb”, - deyə N.Paşayev qeyd edib. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 1615