hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Təhsil eksperti: “Orta məktəblərin yalnız 64 faizində psixoloq var”

Təhsil eksperti: “Orta məktəblərin yalnız 64 faizində psixoloq var”

“Dekabr ayında Təhsil Nazirliyi orta məktəblərdə çalışan psixoloqlar üçün diaqnostik imtahan keçirəcək. Bu olduqca müsbət bir addımdır. Təkliflərimizdən sonra ilk dəfə olaraq Təhsil Nazirliyi keçirəcəyi imtahanın proqram və ədəbiyyat siyahısını təqdim etdi. Amma düşünürəm ki, yenə də bəzi çatışmazlıqlar var”.

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, əsas problem diaqnostik imtahanda iştirak edəcək şəxslərin sənədlərinin qeydiyyata alınması ilə bağlı olacaq:

“Belə ki, qanunvericilik aktlarına görə orta məktəblərdə psixoloq kimi çalışan işçilər bu ixtisas üzrə ali təhsilə malik olmalıdır. Lakin məlumdur ki, hazırda bu ixtisas üzrə bir təhsili olmayanlar, kurs keçib ixtisas dəyişib psixoloq kimi işləyənlər var. Onların DQ-da iştirak edib-etməyəcəyi məlum deyil.

İkincisi, ölkənin bütün məktəblərində psixoloq yoxdur. Bu, o deməkdir ki, müəllimlərin diaqnostik imtahanı kimi psixoloqların diaqnostik imtahanı bütün bölgə və rayonlarda keçirilməyəcək. Əvvəlki qaydada keçirilsə, hər bölgəda 30-40 nəfər iştirak edəcək. Belə çıxır ki, psixoloqların DQ imtahanı ya bütün ölkə üzrə Bakı şəhərində keçiriləcək, ya da bölgələr üzrə mərkəz şəhərlərdə keçirilə bilər. Məsələn,  Gəncə, Şirvan, Lənkəran, Şəki”.

Kamran Əsədov vurğulayıb ki, bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yalnız 64 faizində məktəb psixoloqu var. Yəni məktəblərdə 2500 psixoloq işləyir. Qalan məktəblərdə isə psixoloq ştatları vakantdır. 

Orta məktəblərdə psixoloq xidmətinin göstərilməsi isə olduqca vacibdir:

“Bu gün 30 minə yaxın ailədə ata-ana ayrılıb, əlbəttə, bunun da uşaqların psixologiyasına təsiri var. Yaxud müəyyən qisim uşaqlar hər iki valideyndən məhrum olub. Ona görə də onlarla peşəkar səviyyədə və fərdi qaydada psixoloqların çalışması vacibdir.

Mənim psixoloqların diaqnostik imtahanından gözləntim çoxdur. Düşünürəm ki, DQ imtahanından sonra orta məktəblərdə psixoloq xidmətinin göstərilməsində keyfiyyət baxımından da dəyişiklik olacaq.

Belə ki, ilk növbədə onların əməkhaqqı artırılmalıdır. İkincisi, orta məktəblərdə psixoloqların sayı ciddi şəkildə azdır. Belə ki, həm 150 şagirdi olan məktəbdə, həm də 2000 şagirdi olan məktəbdə cəmi 1 psixoloqun işləməsi keyfiyyətli xidmət göstərməyə imkan verə bilməz. Nəzərə alsaq ki, 36 faiz məktəbdə ümumiyətlə, psixoloq yoxdur, olanların da hamısında keyfiyyətdən tam şəkildə danışa bilmərik, deməli, psixoloqların DQ imtahanından sonra bu istiqamətə ciddi dəyişikliklər edilməlidir”.

Cebhe.info


Oxunma sayı: 1266