hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Təhsil ekspertindən DİM-ə: "Hərarəti olan şagird və abituriyentlər..."

Təhsil ekspertindən DİM-ə: "Hərarəti olan şagird və abituriyentlər..."

"Məlumunuz olduğu kimi, ötən il buraxılış və qəbul imtahanlarında hərarəti 38° olan onlarla şagird və abituriyent müsabiqədən kənarda qaldı".

Cebhe.info xəbər verir ki, bu fikirlə təhsil eksperti Elçin Əfəndi çıxış edib.

O bildirib ki, ötən il imtahana buraxılmayan şəxslər 1 il itiriblər:

"Bu il bu problemin həlli üçün Dövlət İmtahan Mərkəzinə (DİM) təklif edirəm ki, hərarəti olan şagird və abituriyentlər kənarda qalmasın. Onlar üçün xüsusi otaq və nəzarətçi ayrılsın və imtahanlarda iştirakları təmin edilsin. Bu elə də çətin məsələ deyil. Taleyüklü bir məsələyə biganə qalmayaq".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 298