hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı kimlərə şamil olunacaq? – RƏY

Təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı kimlərə şamil olunacaq? – RƏY

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu məqsədlə 40 milyon manat ayrılıb.

Tələbələr, bu kateqoriyaya aid olub-olmadığını öyrənmək, eyni zamanda ali təhsil müəssisələrinə müraciət etmək üçün e-telebe.edu.az saytına daxil ola bilərlər. Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib:

“Məhz tələbələr e-telebe.edu.az portalında qeydiyyatdan keçdikdən sonra onların sosial həssas qrupa aid olması və təhsil haqqından azad edilməsi müəyyənləşəcək.

Saytdan qeydiyyatdan keçmək üçün hər kəsə aktiv mobil nömrə, özünün və hər iki valideyninin şəxsiyyət vəsiqəsi lazımdır (tək valideyni olan həmən valideynin). Sizi saytda 4 mərhələli bir qeydiyyat gözləyir.

1. Öncə e-telebe.edu.az saytına daxil olursunuz, aşağıda qeydiyyat bölməsini sıxırsız.
2. Qeydiyyatdan keçmək üçün tələbənin şəxsiyyət vəsiqəsi və aktiv mobil nömrəsi lazımdır. Öncə şəxsiyyət vəsiqəsinin fin kodunu, sonra mobil nömrənizi, ardınca şəxsiyyət vəsiqəsinin seriyasını müvafiq xanalara yazırsız, sonda sistem tərəfindən verilən sadə riyazi suala cavab yazırsız. Bütün bunlar doğru olduqdan sonra yeni səhifə açılır və burada siz kabinetinə daxil olmaq üçün şifrə müəyyən edirsiniz.
3. Bundan sonra açılan yeni səhifədə şəxsiyyət vəsiqəsinin fin kodu və yazdığınız parolu qeyd edib sistemə daxil olursunuz.
Bununun ardınca açılan səhifədə sizin təhsiliniz və valideynləriniz haqqında məlumatlar çıxır. Onları qeyd edib müraciətinizi tamamlayırsız.
4. Bütün məlumatlar müraciət edənin özü tərəfindən tam şəkildə doldurulduqdan sonra müraciət qəbul edilir. Məlumatların səhv daxil edilməsinə görə məsuliyəti müraciət edən daşıyır.

Əgər valideyniniz ilə bağlı məlumatlar tam olmasa aidiyyəti dövlət orqanlarına məlumatın dəqiqləşmədiyi üçün müraciət edin”.

Kamran Əsədov qeyd edir ki, bunlar həm ali təhsil, həm orta ixtisas təhsili - kollec, həm də peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə şamil olunur.

Xatirə
Cebhe.info


Oxunma sayı: 10660