hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Təhsil naziri: "Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir"

Təhsil naziri: "Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir"

Fevralın 26-da Təhsil Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn anım mərasimi keçirib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra soyqırım qurbanları ilə bağlı videoçarx nümayiş olunub.

Anım mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev Xocalı soyqırımı qurbanlarına və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, hər birinin əziz xatirəsinin həmişə uca tutulduğunu qeyd edib. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan nazir XX əsrin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı haqqında təhsil müəssisələrində aparılan maarifləndirici işlərə toxunub. Emin Əmrullayev 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən də söz açıb.

Tədbir bədii hissə ilə davam etdirilib. Mərasimdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.

Cebhe.info


Oxunma sayı: 969