hava haqqindaBakı
Bu gün +1 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0657
  • NEFT - 67.03
  • clouds-weather

Təhsil naziri türkiyəli həmkarı ilə görüşüb

Təhsil naziri türkiyəli həmkarı ilə görüşüb

Türkiyənin Təhsil naziri Ziya Səlçuq azərbaycalı həmkarı Emin Əmrullayevlə görüşüb.

Cebhe.info xəbər verir ki, Ziya Səlçuq bildirib ki, Qarabağda yenidənqurma işlərinin nə dərəcədə kritik mərhələdə olduğunun fərqindəyik:

"Bu müddət ərzində Qarabağda təhsilin inkişafına nail olmaq üçün bütün cəhdləri göstərəcəyik".

Təhsil nazirləri nazirliyin mərkəzi binasında görüşüblər.

Türkiyənin təhsil naziri bir qrup azərbaycanlı heyətin Türkiyəyə ziyarətindən şərəf duyduqlarını da bildirib.

Emin Əmrullayev görüş haqqındakı təəssüratlarını bölüşərkən bildirib ki, Azərbaycan Ordusunun qələbə qazandığı 44 günlük müharibədən sonra Türkiyə ilə təhsil və digər sahələrdə münasibətlər daha da irəliləyəcək.

Təhsil naziri onu da qeyd edib ki, 19 fevralda Azərbaycan-Türkiyə arasında imzalanan təhsil protokolu azərbaycanlı tələbələrin iş həyatına daha yaxşı hazırlanmasına da böyük kömək olacaq.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 760