hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Təhsil sektorunda İT statistika necədir?

Təhsil sektorunda İT statistika necədir?

“2019/2020-ci dərs ilinin başlanması ilə bağlı bir sıra statistik rəqəmlər dərc olunur. 

Adətən, bu rəqəmlər neçə nəfərin məktəbi bitirməsi, neçə yeni məktəbin tikilməsi, neçə nəfərin 1-ci sinfə daxil olması və s. haqqında olur.

7 ildir ki, təhsilin informasiyalaşması ilə bağlı dövlət proqramı qəbul edilmir. Bu səbəbdən də təhsildə İKT-nin tətbiqi ilə bağlı işlər kompleks xarakter daşımır, sadəcə harasa TN-nin daxili imkanları və sponsorların dəstəyi ilə müəyyən sayda kompüterlər verilir, hardasa spontan təlimlər keçirilir, kimlərsə müəyyən elektron resurslar hazırlayır və s. Sonda isə təhsilin informasiyalaşmasında son məqsəd olan təhsilin keyfiyyətinin yaxşılaşması prosesi ləng gedir”.

Cebhe.info xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb və bildirib ki, son illərdə məktəblərin internet təminatında ciddi problemlər var:

“Son illərdə məktəblərin genişzolaqlı internet təminatı, hər şagirdə düşən kompüterlərin sayı, İT servisin təşkili və təhsildə rəqəmsallaşmada ciddi problemlər var. Statistika göstərir ki,  məktəblərin 50%-də genişzolaqlı internet yoxdur, ciddi dövlət təminatı olmadığından kompüter parkı köhnəlib, köhnə kompüterlər qarşıya qoyulan tələbləri yerinə yetirmir, İT servis üçün vəsaitlər tapmaq isə problemə çevrilib. Düşünürəm ki, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cari dərs ilinin başlanması ilə bağlı aşağıdakı statistikanı da açıqlasa, yaxşı olar:

1. Məktəblərin genişzolaqlı internet təminatı ilə bağlı statistika necədir və bu statistika son illərdə necə dəyişib?
2. Ötən il neçə məktəbə genişzolaqlı internet xətti, o cümlədən fiber-optik xətt çəkmək mümkün olub?
3. Bu il neçə məktəbdə keyfiyyətli internet təminatı nəzərdə tutulub?
4. Ötən il neçə məktəbə və nə qədər kompüter verilib, bu statistika son illərdə neçə dəyişib?
5. Hər şagirdə düşən kömpüterlərin sayı nə qədərdir və son illərdə bu statistika necə dəyişib?
6. Bu il məktəblərə nə qədər kompüter və İT avadanlığı veriləcək?
7. Məktəblərin anbarlarında nə qədər “Kür” və digər kompüterlər yığılıb qalıb və onların taleyi necə olacaq?
8. Neçə təhsil müəssisəsində distant təhsil forması tətbiq edilir? Bəzi universitetlərdə buna tam hazırlıq olmasına baxmayaraq, nə üçün icazə verilmir?

Ən vacib və əhəmiyyətli sual:

“Təhsil sisteminin informasiyalaşması” ilə bağlı 7 ildir müzakirə olunan Dövlət Proqramı nə zaman qəbul ediləcək?”.

Cebhe.info


Oxunma sayı: 518